“Favoritim yenə “Qarabağ”dır, amma...” Tvente” ilə oyun öncəsi AÇIQLAMA

27.08.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Bu gün Azərbaycan futbolu adına çox önəmli günlərdən biridir. “Sabah”ın o möhtəşəm nailiyyətindən sonra cari mövsümdə iki klubumuz Avrokuboklarda əsas mərhələdə mübarizə apara bilər. Bu da “Qarabağ”dır. “Qarabağ” kifayət qədər Avrokubok təcrübəsinə malik kollektivdir. Qurban Qurbanovun komandası indiyə qədər oynadığı finala bərabər matçlarda çox uğurlu nəticələr qazanıb. “Tvente” Niderlandın tarixi, köklü klublarından biridir. Səfərdə 1:0 hesabı ilə qalib gəlsək də, düşünürəm ki, yenə ehtiyatlı oynamalıyıq. Çünki rəqibin heyətində kifayət qədər təcrübəli futbolçular var və onlar oyunun nəticəsinə təsir edə biləcək potensiala malikdirlər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında "CBC Sport"un aparıcı eksperti Elçin Cəfərov bildirdi ki, “Qarabağ” bu axşam təmkinli və diqqətli oynamalıdır.

"Xüsusilə meydançanın mərkəzində daha çox topa sahib olmaqla və sürətli cinahlara oyunu yaymaqla təhlükəli epizodlar yarada bilərik. Mənim favoritim, təbii ki, yenə “Qarabağ”dır, amma çətin olacaq. Bir çoxları oyunun asan keçəcəyini düşünür, amma bizi çox çətin bir matç gözləyir. Bu qarşılaşmada yenə ilk matçdakı heyətin dəyişdirilməyəcəyini təxmin edirəm. Məncə, “Qarabağ” rəqibin ilk 20-25 dəqiqədə göstərəcəyi pressinqi və təzyiqi, yəni hücuma atılacağı mərhələni qıracağı təqdirdə, oyunu istənilən formada idarə etməyi bacaracaq".

Müsahibimiz vurğuladı ki, burada əsas məsələ yenə Qurban Qurbanov faktorudur:

"Qurban hoca nə etdiyini çox yaxşı bilir. Bu cür matçları çox oynayıb. Odur ki, “Qarabağ”a uğurlar arzulayırıq. Rəqibin kifayət qədər təcrübəli və təhlükəli oyunçuları olsa da, “Qarabağ”ın da müəyyən boşluqlardan maksimum şəkildə yararlanmağı bacaran oyun düsturu var. Odur ki, “Qarabağ”a uğurlar diləyirəm".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью