Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

İnsanların çox vaxt şirin hesab etmədiyi və ya faydalı olduğunu düşündüyü bəzi məhsullarda yüksək miqdarda şəkər olduğunu açıqlanıb. 
Bizim.Media xəbər verir ki, bunlara turşuya qoyulmuş tərəvəzlər, ketçup, hazır souslar, yulaf südü və meyvə şirələri daxildir.
Mütəxəssislər gündəlik qidalanmadan tamamilə imtina etmədən şəkər istehlakını azaltmağın yollarını da araşdırıblar.
Bildirilib ki, şəkər yalnız şirniyyatlarda deyil, adətən desert hesab edilməyən məhsullarda da mövcuddur. Souslar, marinadlar, bitki mənşəli südlər və hətta tərəvəz qəlyanaltılarında əhəmiyyətli miqdarda şəkər ola bilər. 


Belə məhsulların müntəzəm istifadəsi qida rasionunun ümumi kaloriliyini artırır. Sərbəst şəkərin həddindən artıq qəbulu isə diş çürüməsi riskini yüksəldir və çəki artımına səbəb ola bilər.
 

Şəkər gündəlik əsas yeməklərlə birlikdə istifadə edilən əlavələrdə də var. Belə ki, 15 qram klassik ketçupda 3,4 qram, şirin-turş sousda isə 14 qram şəkər mövcuddur. Mütəxəssislər hazır şokoladlı südlü kokteyllərə də diqqət yetirməyi tövsiyə ediblər. Belə ki, bu içkilərin tərkibində zülal və kalsium olsa da, şəkərin miqdarı yüksək ola bilər.


Şəkər istehlakını azaltmaq üçün şirin marinadlar əvəzinə təzə tərəvəzlərdən istifadə etmək, şəkərsiz bitki mənşəli süd seçmək, salatları zeytun yağı, limon şirəsi və ya sirkə ilə hazırlamaq, hazır sousların porsiyasını azaltmaq  məsləhət görülüb.
Mütəxəssislər meyvə şirələrinə də xüsusi diqqət çəkib. Onun sözlərinə görə, hətta əlavə şəkərsiz portağal şirəsində də təbii şəkərlər var. Meyvələr sıxılaraq şirəyə çevrildikdə bu şəkərlər sərbəst şəkərlər kateqoriyasına aid edilir.
Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) tövsiyələrinə əsasən, meyvə və tərəvəz şirələri, eləcə də smuzilərin ümumi gündəlik istehlakı 150 millilitrlə məhdudlaşdırılmalıdır.
Sevimli məhsullardan tamamilə imtina etmək vacib deyil. Şəkər istehlakını nəzarətdə saxlamaq üçün məhsulların istifadə tezliyinə, porsiya ölçüsünə və tərkibinə diqqət yetirmək kifayətdir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью