Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Faytonçu” ləqəbi ilə tanınan müğənni Nazim Pişiyari görünüşündəki dəyişikliklə diqqət çəkib.
Axşam.az xəbər verir ki, sənətçi bir müddət əvvəl saqqal saxlayaraq imicində dəyişiklik etmişdi. Bu dəfə isə onun saçlarının tökülməsi və xeyli çəki atması diqqət çəkib.
N. Pişiyari görüntüsünü sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, Nazim Pişiyari bir müddət əvvəl səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilmişdi.