Fayzullaev Başakşehir yolunda

22.07.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Super Liqası təmsilçisi "Başakşehir" gənc və perspektivli futbolçulara investisiya strategiyası çərçivəsində mühüm bir transferə imza atmaq üzrədir.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi "ÇSKA Moskva" klubunda çıxış edən Abbosek Fayzullaevin transferi üçün 7.5 milyon avro qarşılığında razılıq əldə edib.

Bu barədə məlumatı "Sport Express" yayıb.

Abbosek, texnikası, çevikliyi və oyun görüşü ilə "ÇSKA" azarkeşlərinin sevimlisi olub. O, həmçinin Özbəkistan milli komandasında da mühüm rol oynayır.

Qeyd edək ki, hər iki klubun yaxın günlərdə rəsmi açıqlama verəcəyi gözlənilir. Abbosek Fayzullaevin də artıq İstanbula gəlmək üçün hazır olduğu və şəxsi şərtlərdə də razılığın əldə edildiyi bildirilir.

Kamil Xudiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью