Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın “AZƏRBAYCAN: Qaranlıq keçmişdən aydınlıq tarixə”, “Anladım.
Tanıdım. Yaşadım” və “Cəhalət gülləsi, aydınlıq çiləsi”ndən ibarət trilogiyasının təqdimatı keçirilib.
Modern.az “Aydınlıq çiləsi” adı və “Kitab və düşüncə gündüzü” mənalandırılması ilə təşkil olunan, yazıçı-publisist Əkbər Qoşalının aparıcısı olduğu tədbir şəhidlərin ruhuna sayğı duruşu ilə başlayıb.
Sonra APA TV-nin istehsalı olan “Aydınlıq çiləsi” sənədli filmi nümayiş olunub.
Filmdə Fazil Mustafanın həyat və yaradıcılıq yolu, milli ideoloji düşüncədə rolu və ictimai-mədəni, ümumən humanitar fikrə töhfələri əks olunub.
Fazil Mustafanın orta məktəb müəllimi Aybəniz Axundova, Xalq şairi Sabir Rüstəmxanlı, Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, tanınmış yazıçı Seyran Səxavət, Qərbi Azərbaycan İcmasının sədri, Millət vəkili Əziz Ələkbərli, şair Aqşin Yenisey, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova çıxış edərək, öz ürək sözlərini bölüşüblər.
Tədbirdə çıxış edənlər Fazil Mustafanın ictimai-siyasi fəaliyyəti, elmi-publisistik yaradıcılığı və milli şüurun dirçəlişi yolundakı araşdırmalarından danışıblar.