Fazil Mustafa: “Baboşların, maboşların təbliğatı gedir”

07.11.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Biz xeyli sayda orta məktəbə, universitetə baş çəkirik. Girişdə şəhidlərimizin şəklinin olması sevindiricidir”.

"Cebheinfo.az" xəbər verir ki, bunu deputat, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

“Amma biz yaşayan qəhrəmanlarımızı nümunə göstərmirik. Ona görə də Baboşların, maboşların təbliğatı gedir. Azərbaycanın bayrağını qaldıran hər bir şəxsin adı məktəbin, universitetin girişində olmalıdır. Biz buna diqqət etməliyik. Hacı Əliyev, Eldəniz kimi güləşçilərimiz var”, - deyə F.Mustafa qeyd edib.

Vilayət Muxtar
”Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью