Fazil Mustafa Bakı məktəblərindəki sıxılığı TƏNQİD ETDİ

23.10.2026

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“192 saylı məktəbdə 850 şagird yeri var, amma burada 2551 uşaq təhsil alır”.

Adalet.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, xüsusilə Bakı məktəblərində şagird sıxlığı psixoloji və tədris problemlərinə səbəb olur. Onun sözlərinə görə, 192 saylı məktəbdə şagirdlərin sayının nəzərdə tutulan tutumdan dəfələrlə çox olması müəllimlərin hər bir uşaqla fərdi məşğul olmasını çətinləşdirir.

Fazil Mustafa məktəbin idman zalının da cəmi 25 kvadratmetr olduğunu diqqətə çatdırıb və bu şəraitdə normal idman dərslərinin keçirilməsinin çətinliyini vurğulayıb.

Deputat qeyd edib ki, Bakıda bu cür problemlə üzləşən başqa məktəblər də var. O, məktəblərin ərazisində imkan olduqda modul tipli əlavə sinif otaqlarının tikilməsini təklif edib. Onun fikrincə, bu üsulla məktəblərdə şagird sıxlığını azaltmaq, dərs saatları və növbəliliklə bağlı problemləri yüngülləşdirmək mümkündür.

Fazil Mustafa problemin az məsrəflə və operativ şəkildə həll olunmasının vacibliyini vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью