Fazil Mustafa: “İşsizliyin artması sosial sabitliyi təhlükəyə ata bilər”

02.02.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Dövlət sektorunda və bəzi strateji müəssisələrdə baş verən ixtisarlar cəmiyyətdə potensial təhlükə yarada bilər”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, müvafiq dövlət qurumlarında çoxsaylı işçilər ixtisar olunub və eyni zamanda Xəzər Dəniz Gəmiçiliyi və Bakı Metrosunda da ixtisarlar müşahidə edilir:

“İxtisar olunan işçilərin həm işlə təmin olunması, həm də müavinət ödənişlərinin təmin olunması vacibdir. Metroda çıxarılanlara işə götürəcəkləri vədi verilib, amma reallıqda onlar işlə təmin edilmir. Müavinət verməkdə isə çətinliyimiz var”.

F.Mustafa vurğulayıb ki, cəmiyyətdə bu qədər işsizin yaranmasının dövlətlə vətəndaş arasında gərginliyi artıra, sosial sabitliyi təhlükəyə ata bilər".

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью