Fazil Mustafa parlamentdə nikahdankənar uşaqlardan danışdı

17.10.2025

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Statistikada qeyd olunur ki, son 5 ildə Azərbaycanda 83 min nikahdankənar uşaq doğulub. 9 min uşağı 15-19 yaşlı qızlar dünyaya gətirib".

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.

"Bu, ailə institutu üçün olduqca böyük faciəvi problemdir. Biz bu istiqamətdə cəmiyyətdə ictimai müzakirə yaratmalıyıq. Necə etməliyik ki, ailə institutunu qoruya bilək"- deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью