Fazil Mustafa Rauf Zeynini təbrik edib | Icma.az
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir. Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsi
Təbrik məktubunda tanınmış ictimai xadimin həyat yolu və ictimai fəaliyyətinin ən ümdə məqamlarına vurğular edilib: “Hörmətli Rauf müəllim,
Siz Azərbaycanın qədim və tarixi ərazisi olan Zəngəzur mahalının Qarakilsə elinin Vağudi kəndində doğulmusunuz.
Sonra taleyinizi Sumqayıt şəhərinə bağlamısınız; gənclik illəriniz də daxil olmaqla, ömrünüzün ən qaynar dönəmi Gənclik şəhəri ilə sıx bağlı olub.
Ali təhsilinizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində almısınız; 1998-2001-ci illərdə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə ikinci ali təhsilə yiyələnmisiniz.
Siz pedaqoji fəaliyyətlə yanaşı, həm də ictimai-siyasi həyatda, o cümlədən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində yaxından iştirak etmisiniz.
1990-1995-ci illərdə Sumqayıt şəhər Xalq Deputatlar Sovetinin üzvü, 1992-ci ildən sədr müavini olmusunuz.
2002-ci ildən başlayaraq, bir sıra önəmli ictimai və diaspor qurumlarına başçılıq etmisiniz.
Tam oxu
Xəbəri oxu