Fazil Mustafa: “Yasamalda yaşayan müəllim 3 avtobus dəyişib Pirşağıya işə gedir”

07.11.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycanda orta məktəblərdə 150 mindən artıq müəllim işləyir. Bəzi müəllimlər yaşadığı yerdən çox uzaqda yerləşən məktəblərdə çalışırlar”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, müəllimlərin bu problemi dərsin keyfiyyətinə təsir edir:

“Yasamalda yaşayan müəllim 3 avtobus dəyişərək Pirşağıya işə gedir. Müəllimin də ailəsi, sosial problemləri var. Tələsə-tələsə, tıxaclarla işə və dərsə getməyə məcbur qalır. Biz bu problemi vaxtında həll edə bilməsək, dərsin keyfiyyətində elə bir dəyişiklik olmayacaq”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью