Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sentyabrın 15-də ölkədə məktəblər və universitetlər yeni tədris ilinə start verəcək.
Bu isə həm avtomobil, həm də ictimai nəqliyyat sıxlığının artması, uzun tıxaclar deməkdir.
Lakin iş saatlarının dəyişdirilməsi və nəqliyyatın yüngülləşdirilməsi ilə bağlı hələlik Nazirlər Kabineti tərəfindən konkret tədbirlər görülmür.
BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa məsələ ilə bağlı bildirib ki, bu cür təkliflər təbii ki, gündəmdədir: "Görün heç təklifləri diqqətə alan var?
Tıxacın yüngülləşdirilməsi istiqamətində onlarla müsbət təklif var.
Amma bunu tənzimləməklə məşğul olan qurumlar sanki, tıxacın bu cür davam etməsinə soyuqqanlı yanaşırlar. Ona görə də bu çox ciddi məsələdir.
Çünki artıq insanlar normal qaydada, vaxtlı-vaxtında işə gedə bilmirlər. Avtobus qıtlığı da var. Bunların hamısını həll etmək lazımdır.