Fazil Mustafanın toyu...Elçibəydən gələn zəng Foto | Icma.az
News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
News24.az bildirir ki, musavat.com-un əməkdaşı mərhum xanəndəmiz Qədir Rüstəmovun evində olub və xanımı Fatma Rüstəmova ilə geniş müsahibə hazırlayıb.Fatma xanım müsahibə zamanı xanəndənin heç yerdə yayılmayan şəkillərini əməkdaşımıza təqdim edib və tarixçələrini açıqlayıb.
Şəkillərdən biri millət vəkili Fazil Mustafanın toyunda çəkilib.
Belə ki, fotoda Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy, Qədir Rüstəmov və oğlu Rüstəm, həmçinin digər bir şəxs yer alıb.“Qədir bir çox tanınmış şəxsin toyunda oxuyub.
Hətta Əbülfəz Elçibəyin qızının toyunda da ifa edib. Bir dəfə evdə oturmuşdum, birdən zəng gəldi. Telefonu götürdüm, tanış kişi səsi idi.
Dedi, məni tanıdın, dedim, siz Elçibəysiniz? Dedi, bəli, Qədir evdədir? Onun qızım Çilənayın toyunda oxumasını istəyirəm.
Ondan sonra yoldaşımı telefona çağırdım və onlar danışdılar”, -Fatma xanım həmin günləri yada salıb.Xanəndənin həyat yoldaşı daha bir xatirəsini əməkdaşımızla bölüşüb: “1990-cı ildə Qədir müəllim Bakıya səs yazdırmağa gəlmişdi.
Həmin vaxt Bakıda nümayişlər keçirilirdi. O, nümayişçilərə qoşulmuşdu. Mikayıl Mirzə və Sabir Rüstəmxanlıgil ilə öndə gedənlərdən idi.
Tam oxu
Xəbəri oxu