Fazil Mustafaya deyin, gedib Oğuznaməni oxusun Keçmiş təhsil naziri

26.01.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deyib ki, "Azəri" sözünün bizə dəxli yoxdur. 

"Bizim bütün qurumlarımız belə adlanır: “Azərxalça”, “Azərsu” “Azərışıq” və s. Bəs “Azəriqaz” niyə? Hansı ağıllı bu sözü yazıb? “Azəri”sözünün bizə dəxli yoxdu. Tarix və həyat paradokslar yaradır" , - deyə o, qeyd edib.

Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa isə mövzuya münasibət bildirərkən vurğulayıb ki, nə "Azər", nə də "Azəri" xalqı və dilinin elmi baxımdan bizim Azərbaycanla əlaqəsi sübuta yetirilməyib.

Redaktor.az-a danışan keçmiş təhsil naziri, professor Firudin Cəlilov öncə bildirdi ki, Səyyad Aran düz deyir.

"Fazil Mustafaya deyin, gedib XIV əsrdə Rəşidəddinin qələmə aldığı Oğuznaməni oxusun. 600 il bundan qabaq yazılıb. Oğuz Xan türklərin ulu babasıdır. Oğuz Xan deyir ki, Azərbaycan adı Azər xalqı ilə bağlıdır. Azərlər türklərdir. Türklərdə azman adam, hörmətli adam, nüfuzlu adam, intellektual səviyyəsi olan adamlara Azər deyilir. Bayqan da həmin adamların ölkəsi – Azərbayqan.

Bunu 600 il öncə Oğuz Xan deyib. Bunları oxusunlar, ondan sonra danışsınlar. Tarixdən, dünyadan xəbəri olmayan adamlar özlərini alim kimi ortalığa atırlar. Hələ bilmirlər ki, Azərlər elə Xəzərlərdir. Dialekt fərqi var, eyni xalqdır – Azər, Xəzər. Gedib onu öyrənsinlər. Bu mənada Səyyad Aran haqlıdır".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью