Fazil Qasımov şüşə qəfəs arxasında özündən gedib

05.12.2024

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımovun məhkəməsi davam edir.
Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, ilk baxış iclasında prokuror ittiham aktını elan edib.
İttihamın elanı bitən kimi Fazil Qasımov şüşə qəfəs arxasında özündən gedib. O, konvoyun köməyi ilə zaldan çıxarılıb.
Sədrlik edən hakim Mahirə Kərimova prosesi yarımçıq saxlayıb. İclasın davam edib-etməyəcəyi hələ ki bilinmir.
Qeyd edək ki, Fazil Qasımov 1 il əvvəl həbs edilib. Qasımovla birgə ittiham olunan Qubad İbadoğlu ibtidai istintaq dövrü müddətində sərbəst buraxılıb. Onun işi üzrə istintaq davam edir.

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью