FCSB nın sahibi: “Qarabağ”a qalib gələcəyik” İdman və Biz

20.01.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Biz ən yaxşı heyətlə oynayacağıq”.

İdman.biz xəbər verir ki, bunu FCSB-nın sahibi Cici Bekali deyib.

Rumıniyalı funksioner Avropa Liqasının “Qarabağ”la oyununda meydana çıxacaq heyətə toxunub. O, müalicəsi yeni başa çatan Vlad Çiriçeşin ən azı birinci hissədə meydanda olmasını vacib sayır: “Çiriçeş komandada açar rolunu oynayır. O, Bakıda bir hissə oynayacaq. UTA və “Mançester Yunayted”lə də bir, ÇFR-lə iki hissə meydanda olacaq. Bu, mənə çempionatda qalib olmaq üçün lazımdır. Əsas olan da budur. Bakıda meydana çıxacaq heyətə güvənirəm. Ümid edirəm ki, qalib gələcəyik”.

Qeyd edək ki, “Qarabağ”la FCSB arasında oyun yanvarın 23-də Bakıda keçiriləcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью