FCSB Qarabağ la oyuna 4 itki ilə gəldi Siyahı

22.01.2025

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Ruminiyanın FCSB klubu “Qarabağ”la UEFA Avropa Liqasının VII tur oyunu üçün Bakıya 4 futbolçu itkisi ilə gəlib.

Teleqraf.com xəbər verir ki, bunlar Vlad Kirikeş, Darius Olaru, Mixay Lixandru və Oktavian Popeskudur.

Əvəzində yeni transferlər Lukaş Zima, Yuri Çizotti və Aleks Stoyan Bakıya gəlsə də, Liqa mərhələsinə sifariş oluna bilməmələri səbəbindən iştirak ərizəsinə salınmayıblar.

Qapıçılar: Mihay Udrya, Ştefan Tırnovanu, Lukaş Zima

Müdafiəçilər: Valentin Kretsu, Coyskim Dava, David Kiki, Mihay Popesku, Siyabonqa Nqezana, Aleksandru Pantya, Risto Radunoviç
Yarımmüdafiəçilər: Florin Tenase, Adrian Şut, Malkom Edjuma, Yuri Çizotti, Marius Ştefanesku, Mihay Toma, Alekandru Belutsa, Aleksandru Musi, Baba Alhassan
Hücumçular: Daniel Berlica, David Mikulesku, Daniel Popa

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - FCSB oyunu saat 21:45-də başlanacaq.

RÖYANƏ OĞUZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью