Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gürcüstanın Prezidenti Mixail Kavelaşvilinin ölkəmizə rəsmi səfəri ikitərəfli münasibətlərə yeni təkan verdi.
Bu səfər zamanı iki ölkə arasında bir çox sahədə əlaqələrin daha da şaxələnməsinin vacibliyi vurğulandı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında danışıqlar aparıldı.
Regionda yaranmış yeni reallıqlar və dünyada gedən mürəkkəb proseslər iki ölkəni bir-birinə yaxınlaşdıran yeni şərtlər formalaşdırır.
Prezident mətbuata verdiyi bəyanatda bildirdi ki, Ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir, ticarət, nəqliyyat, enerji, istehsal və logistika sahələrində fəal əməkdaşlıq edirik.
Bundan başqa, Azərbaycan və Gürcüstan arasında birgə meqalayihələr regionun və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir.
İki ölkə arasında Cənub Qaz Dəhlizi və Trans−Adriatik Qaz Kəməri layihələri çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirən Prezidentimizin bu istiqamətdə apardığı syasətə yekdilliklə sas veririk.
Biz bütün qonşularla çox səmərəli, dostluq və mehriban qonşuluq əsasında münasibətlər qurmaq istəyirik və buna hazırıq.