Fəaliyyəti bərpa olunan metrodan FOTOLAR

21.04.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı metrosunun fəaliyyəti tam bərpa edilib.

“Yeni Sabah” xəbər verir ki, saat 15:01-dən etibarən stansiyaların qapıları açılıb və sərnişinlər içəri buraxılıb.

Hazırda qatarların hərəkəti normal qrafiqlə davam edir.

Xatırladaq ki, nasazlıq səbəbindən günorta saatlarında metronun bütün stansiyalarında girişə müvəqqəti məhdudiyyət tətbiq olunmuş, “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilmişdi. Problemin aradan qaldırılmasından sonra metropolitenin fəaliyyəti tam şəkildə bərpa olunub.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью