Fəallar COP29da iqlim ədaləti tələb ediblər

19.11.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Kənd təsərrüfatı istehsalının transformasiyası olmadan iqlim ədaləti də olmayacaq və 1,5 dərəcə hədəfinə çatmaq mümkün deyil.

Bakıvaxtı.az xəbər verir ki, bunu COP29-un Mavi zonasında kənd təsərrüfatı məhsulları istehsalçılarının keçirdiyi aksiyanın iştirakçıları bəyan ediblər.

Onlar iri aqrar biznes tərəfindən qida məhsullarının istehsalında təklif olunan yanlış və səhv həllərə qarşı çıxış ediblər.

"Qlobal Şimal inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı sisteminin dağıdılmasının əvəzini verməlidir ", "GMO-ya yox, Sənaye fermalarına yox, Pestisidlərə yox" - plakatlarda yazılıb.

Aksiya iştirakçıları iri korporasiyaları həddindən artıq mənfəət əldə etmək üçün ənənəvi kənd təsərrüfatı istehsalını məhv etməkdə günahlandırıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью