Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Federal Ehtiyat Sistemi (FED - ABŞ Mərkəzi abnkı) faiz qərarını açıqlayıb.
Marja.az xəbər verir ki, gözlənildiyi kimi FED gecəlik faiz dərəcəsini 25 baza bəndi artıraraq hədəf diapazonunu 3,50% - 3,75% aralığından 3,75% – 4,00%-ə aralığına yüksəldib.
Məqsəd davamlı artan inflyasiya problemini cilovlamaqdır.
CME Group-un FedWatch alətinin fyuçers qiymətlərinə əsaslanan göstəricilərinə görə, treyderlər Federal Açıq Bazar Komitəsinin (FOMC) federal fondlar üzrə gecəlik faiz dərəcəsini 25 baza bəndi artıraraq hədəf diapazonunu 3,75–4,00%-ə yüksəldəcəyinə 90%-dən yüksək ehtimal verirdilər. Bir ay əvvəl bu ehtimal cəmi 36% idi. Həmin vaxt bazar zəif inflyasiya göstəricilərinin və FED sədri Kevin Warsh-un sərt pul siyasəti kursuna ehtiyatlı mövqeyinin faiz artımı gözləntilərini məhdudlaşdıracağını düşünürdü.