FED in faiz qərarı fonunda ABŞ birjalarında eniş davam edib

17.09.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Dünya fond bazarlarında əsas indekslər üzrə fərqli dinamika qeydə alınıb. ABŞ-da əsas indekslər geriləyib, Avropa və Asiya bazarlarında isə qarışıq dinamika müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, ABŞ bazarında “Dow Jones” indeksi 631,21 bənd və ya 1,21% azalaraq 51 461,90 bəndə, “S&P” 500 indeksi 33,92 bənd və ya 0,45% geriləyərək 7 551,81 bəndə, “Nasdaq Composite” indeksi isə 3,14 bənd və ya 0,01% azalaraq 25 978,43 bəndə düşüb. “NYSE Composite” indeksi 0,81% geriləyərək 23 934,14 bənd təşkil edib.

Avropa bazarlarında isə əsas indekslər yüksəlib. “Euro Stoxx” 50 indeksi 0,48% artaraq 6 266,50 bəndə, FTSE 100 0,28% artaraq 10 688,47 bəndə, “DAX” 0,53% yüksələrək 25 537,75 bəndə çatıb. CAC 40 indeksi 0,62%, “IBEX” 35 indeksi isə 0,41% artıb.

Asiya-Sakit okean regionunda da qarışıq dinamika qeydə alınıb. Yaponiyanın Nikkei 225 indeksi 0,07% artaraq 63 966,87 bəndə, “TOPIX” indeksi 0,72% yüksələrək 4 091,06 bəndə çatıb. Honq-Konqun Hang Seng indeksi 0,98%, Çinin CSI 300 indeksi 0,32% azalıb. Avstraliyanın “S&P/ASX 200” indeksi isə 0,35% yüksəlib.

Bazarların dinamikasına əsas təsir edən amillər arasında FED-in faiz dərəcəsini 0,25 faiz bəndi artıraraq 3,75-4% diapazonuna yüksəltməsi, yüksək neft qiymətlərinin inflyasiya risklərini artırması, eləcə də investorların gələcək pul siyasəti ilə bağlı gözləntiləri yer alıb. ABŞ-da faiz artımı səhmlər üzərində təzyiq yaratsa da, Avropa və Asiyanın bəzi bazarlarında investorlar qərarı əvvəlcədən qiymətləndirdiyindən artım müşahidə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью