FƏDAKAR ALİM ÖMRÜ | Icma.az
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi "İsgəndərnamə" poemasında yer kürəsinin yaranması, insanın əmələ gəlməsi, digər canlıların mövcudluğu ilə bağlı əsrlər boyu insanları düşündürən sualı belə cavablandırmışdı: "İlahi varlıq (Allah) insanı müəyyən çərçivədə xəlq edib ki, o, müəyyən tezlikdə olan səsi eşidə bilsin, müəyyən məsafəni görə bilsin və s.
O cümlədən, müəyyən səviyyədə biliklər əldə etmək imkanı olsun ki, ilahi bilgilər, həmçinin, dünyanın, insanın, digər canlıların yaranması haqda olan həqiqətlər ona həmişə sirr olaraq qalsın".
Bəlkə də fəlsəfənin ən böyük sualının cavabı böyük həmyerlimizin aydın zəkasından süzülərək hələ neçə əsr bundan əvvəl bütün təfərrüatı ilə deyilib.
Ancaq insanlar hələ də bu cavabı axtarır, niyə, nə zaman, necə kimi suallarla müxtəlif ünvanlara müraciət edir, kompüterdən arxeoloji qazıntılara kimi çoxşaxəli məlumat mənbələrindən yararlanmaqla Nizami Gəncəvinin az qala 1000 il əvvəl izah etdiyi həqiqəti dərk edənədək usanmadan axtarırlar.
Ona görə də, dünyada ən çox ehtimallar, fərziyyələr, fikirlər bu sahədədir desək, bəlkə də yanılmarıq.
Bu cavablar arasında elə möhtəşəmləri olmuşdur ki, bəşəriyyətin elm sükanını döndərə bilmiş və böyük bir elm məktəbi yaratmışdır.
İÇİNDƏ VAR OLAN İNAM... Elimin, obamın ağsaqqalısan, Sən dağ vüqarlısan, İbrahim müəllim.
Tam oxu
Xəbəri oxu