Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet tankları Bakıda ölüm saçdı.
Xalqın azadlıq və müstəqillik səsini tanklarla əzməyə çalışan sovet ordusu qarşısına keçənləri gülləbaran etdi.
Canlar can Azərbaycan üçün od oldu, azad Azərbaycan üçün can verdi.
O gecənin sabahı dünya daha öncə heç görmədiyi bir xalq müqavimətinə şahid oldu.
Bütün vəhşətə rəğmən, milyonlar azadlıq meydanını tərk etmədi.
O gecə yaralıların imdadına çatan qəhrəmanlar da var idi - Azərbaycan həkimləri.
Həmin gecə yaşananları Baku TV-yə danışan həkimlər səhərə qədər güllə altında işlədiklərini qeyd ediblər.
"Küçədəki meyitlərlə, yaralılarla ilk biz - təcili yardımçılar üz-üzə gəldik.