Fədayə Laçın kişi geyimində səhnəyə çıxdı: “Elə mənə yaraşır da”

04.04.2025

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müğənni Fədayə Laçın səhnədə kişi geyimində çıxış edərkən çəkilmiş videosunu sosial media hesabında paylaşıb. O, paylaşımına “Kişi geyimi mənə pis yaraşır ki?” və “Elə mənə yaraşır da kişi geyimi” şərhlərini əlavə edib. 

Ölkə.az xəbər verir ki, müğənninin bu paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb.

Fədayə Laçın klassik qadın geyimlərindən fərqli olaraq, cizgili kişi kostyumu və mavi tufli ilə səhnəyə çıxıb. Onun bu obrazı sosial mediada müzakirələrə səbəb olub.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью