Federal agentlər Minneapolisdə daha bir kişini öldürdülər

25.01.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-də federal agentlər bu səhər Minnesota ştatının cənubunda bir kişini güllələyiblər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Minnesota Star Tribune" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bir neçə təhlükəsizlik əməkdaşının bir kişini yerə yıxıb ona atəş açdığını göstərən video yayılıb. Daxili Təhlükəsizlik Departamenti kişinin silahlı olduğunu bildirib.

Xatırladaq ki, oxşar hadisə yanvarın 7-də Minneapolisdə baş vermişdi.

Həmin vaxt ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) zabiti Conatan Ross 37 yaşlı ABŞ vətəndaşı Rene Qudu güllələyərək öldürmüşdü. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью