Federal Ehtiyatlar Sistemi faiz dərəcəsini dəyişməz saxlayıb

30.07.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton, 30 iyun, AZƏRTAC

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) bu il beşinci dəfə qısamüddətli faiz dərəcəsini dəyişməz saxlayıb. AZƏRTAC-ın məlumatına görə, bu barədə qurumun sədri Cerom Pauell mətbuat konfransında açıqlayıb. Bununla o, Prezident Donald Trampın azalma ilə bağlı davamlı çağırışlarını rədd edib.

Qərara əsasən əsas qısamüddətli dərəcəsi təxminən 4,3 faiz səviyyəsində qorunacaq. Cerom Pauell tətbiq edilən tariflərin bəzi mallar üçün qiymət artımına töhfə verməyə başladığını, lakin siyasətin son təsirinin qeyri-müəyyən olaraq qaldığını söyləyib.

“İnflyasiyanın nəzarətdə saxlanılması üçün nə lazımdırsa, edəcəyik”,- deyə o bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью