Federal Təhqiqatlar Bürosunun direktor müavini istefa verməyə hazırlaşır

18.12.2025

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktor müavini Den Bonqino istefa verəcəyini deyib.

Reyting.az-ın məlumatına görə, Den Bonqino yanvar ayında vəzifəsindən ayrılacağını elan edib.

Bonqino prezident Donald Trampa, FTB direktoru Keş Patelə və Baş prokuror Pamela Bondiyə təşəkkürünü bildirib.

Bonqino deyib: “Ən əsası, mənə xidmət etmək şərəfini verən əziz amerikalı qardaş və bacılarıma təşəkkür etmək istəyirəm”.

FTB direktoru Patel sosial mediada paylaşım edərək Bonqinonu tərifləyib.

Bonqino, həmçinin FTB-də vəzifəyə gəldikdən sonra Ceffri Epşteynin ölümü ilə bağlı fikrini dəyişib. Bonqino, Epşteynin 2019-cu ildə məhkəməni gözləyərkən Nyu-York həbsxana kamerasında intihar edib-etmədiyini soruşarkən “o, özünü öldürüb”,- deyib.

Baş prokuror Pondi bildirib ki, Bonqinonun FTB-dəki xidməti sayəsində amerikalılar “daha təhlükəsizdirlər”.

Fevral ayında Tramp tərəfindən təyin edilən Bonqino əvvəllər Nyu-York Polis Departamentində xidmət edib və ABŞ Gizli Xidməti tərəfindən D. Trampı qorumaq üçün təyin edilib.

V. QULİYEV


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью