Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) mənzil-qərargahında "ətrafdan gizlədilən" otaq aşkarlanıb.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə FTB-nin direktoru Keş Patel bloqer Co Roqana verdiyi müsahibədə danışıb.
Onun sözlərinə görə, otaqda çoxlu sənədlər və sərt disklər olub: "Büroya ilk gələndə binadakı həmin otağı özüm aşkar etmişəm", - deyə Patel bildirib.
Qeyd edək ki, Keş Patel fevral ayında FTB-nin direktoru vəzifəsinə təyin olunub.