Federasiya Kuboku yarışının qalibləri müəyyənləşib

31.08.2025

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2025-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən, MTB-nin Enduro növü üzrə Federasiya Kuboku yarışı keçirilib.

Apasport.az xəbər verir ki, teleqüllə yaxınlığındakı parkda təşkil olunan yarışda 30-dan artıq idmançı mübarizə aparıb.

2008-ci il və daha yuxarı təvəllüdlü həvəskar idmançılar arasında Qəhrəman Hacızadə fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Əli Hacıyev 2-ci, İbrahim Əliyev isə 3-cü yeri tutub.

2009-cu il təvəllüdlü və daha gənc idmançılar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Tahir Quluzadə, Toğrul Məmmədli və Ayaz İsgəndərli müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.

Fərqlənən idmançılar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və hədiyyələrlə təltif ediliblər.

Anar Quliyev: “Kamandan oxatma üzrə yarışlar gələcəkdə rayonlarda da keçirilə bilər” Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyinin final mərhələsi keçirilir - FOTO "Təhlükəsiz idman hamı üçün" mövzusunda keçirilən seminara yekun vurulub III MDB Oyunlarında Azərbaycanı 340 idmançı təmsil edəcək Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı başlayıb - FOTO
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью