Federasiya prezidenti vəzifəsindən uzaqlaşdırılıb SƏBƏB İdman və Biz

19.01.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

FIFA Panama Futbol Federasiyasının (FPF) prezidenti Manuel Ariası qadınlardan ibarət milli komandanın futbolçusunu təhqir etdiyinə görə vəzifəsinin icrasından uzaqlaşdırıb.

İdman.biz xəbər verir ki, federasiya rəhbəri altı ay müddətinə diskvalifikasiya olunub və təxminən 11 min dollar məbləğində cərimələnib.

Ötən ilin martında yarımmüdafiəçi Marta Koks Panama qadın futbol liqasını tənqid edib. Bundan sonra Panama Futbol Federasiyasının prezidenti müsahibəsində onu kök adlandırıb.

Federasiyanın açıqlamasında bildirilir ki, Manuel Arias idmançıdan üzr istəyib və ciddi səhvə yol verdiyini etiraf edib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью