Federasiya rəhbəri: “Məsələlərimizi daxildə həll edirik”

05.10.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Portuqaliya Futbol Federasiyasının rəhbəri Pedro Proença millinin düşərgəsindən ayrılan Kriştiano Ronaldo haqqında danışıb.

Futbolpress.az xəbər verir ki, funksioner ölkəsinin mətbuatına açıqlamasında bunları deyib:

“Biz məsələlərimizi daxildə həll edirik. Yenə deyirəm, Ronaldo ilə baş məşqçi arasında güclü münasibət var və hansısa problemdən söz gedə bilməz. Elə olmasaydı, Ronaldo milli ilə vidalaşardı. O, bizim üçün bir dəyərdir və bunu bilir”.

Ronaldo bir neçə gün əvvəl öz istəyi ilə millinin düşərgəsindən ayrılıb. Portuqaliya mətbuatının iddiasına görə, hücumçu baş məşqçi Jezuşun onu oynatmadığı üçün bu qərarı verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью