Federasiya rəhbərliyinin Qarabağ səfəri

23.01.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyi Qarabağa səfər edib.

Futbolpress.az xəbər verir ki, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev, Fərid Mansurov, AGF-nin baş katibi Pərvin Piriyev, yunan-Roma güləşi üzrə koordinator Rafiq Hüseynov Şuşa və Xankəndidə görüşlər keçirib.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində, Şuşa şəhər məktəbində və Qarabağ Universitetində olan federasiyanın funksionerləri həmin məkanlarda rəsmi şəxslərlə yanaşı, məktəblilər və tələbələrlə görüşüb. Azərbaycan idmanında uğurlarıyla parlaq iz qoymuş N.Abdullayv, F.Mansurov və R.Hüseynov öz karyeralarından danışıb, yeniyetmə və gənclərin suallarını cavablandırıb və tövsiyələrini çatdırıblar.

Güləş Federasiyası bu tip motivasiya xarakterli görüşləri sistemli şəkildə davam etdirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью