Federasiya rəsmisi Almaniyada hakimlərin işini qiymətləndirəcək

07.01.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Voleybol Federasiyasının "Təlim və aşağı yaş qrupları üzrə iş" şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən beynəlxalq matça təyinat alıb. Sport24.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, İsmayılova yanvarın 8-də qadınlar arasında Çempionlar Liqasının B qrupunda baş tutacaq "SSC Palmberg Schwerin" (Almaniya) və "Levallois Paris Saint Cloud" (Fransa) komandalarının oyununda hakimlərin işinə qiymət verəcək.

Almaniyanın Şiverin şəhərində təşkil olunacaq qarşılaşmanın hakimləri ispaniyalı Rodriges Maçin Mariya de las Olas və polşalı Miçliç Aqneşkadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью