Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
İspaniya Futbol Federasiyasının keçmiş rəhbəri Luis Rubialesə yumurta atıblar.
Futbolpress.az xəbər verir ki, hadisə onun “Rubialesi öldür” adlı kitabının təqdimatı zamanı baş verib. Tədbirdə bir nəfər əvvəlcə ona “alçaq” deyib, daha sonra iki yumurta atıb.
Mühafizəçilərin müdaxiləsindən sonra yumurta atan şəxs salondan çıxarılıb.
Rubiales 2018-2023-cü illərdə İspaniya Futbol Federasiyasına rəhbərlik edib. O, 2023-cü ildə cinsi təcazüvdə ittiham olunub və vəzifəsindən ayrılıb.