Federiko Kyeza İtaliya millisinin düşərgəsini tərk edib

23.03.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Liverpul”un hücumçusu Federiko Kyeza İtaliya milli komandasının düşərgəsindən ayrılıb.

İdman.Biz bildirir bu barədə məlumat İtaliya Futbol Federasiyasının (FIGC) rəsmi saytında verilib.

“Federal Texniki Mərkəzə gəldikdən sonra vəziyyəti qiymətləndirilən Federiko Kyeza növbəti iki oyunda iştirak edə bilməyəcək və klubu ilə razılığa əsasən milli komandanın təlim-məşq düşərgəsini tərk edib. Onun yerinə “Bolonya”dan Nikolo Kambyagi çağırılıb”, - FIGC bildirib.

26 martda İtaliya 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-offun yarımfinalında Şimali İrlandiya ilə qarşılaşacaq. Əgər mərhələ adlasa, “Skuadra adzurra” Uels-Bosniya və Herseqovina oyununun qalibi ilə oynayacaq.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью