Federiko Kyeza İtaliyaya qayıtmaq üzrədir

22.07.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Liverpul"un futbolçusu Federiko Kyeza İtaliyaya qayıda bilər. 

Fanat.Az "TuttoAtalanta"ya istinadən xəbər verir ki, "qırmızılar"ın ötən yay "Yuventus"dan transfer etdikləri oyunçunun xidmətində "Atalanta" maraqlıdır.

Mənbə Berqamo təmsilçisinin 27 yaşlı vingeri sonradan 12 milyon avro ödəyərək transfer hüquqlarına yiyələnmək şərti ilə icarəyə götürmək istədiyini vurğulayıb. Məlumata görə, "Atalanta" yaxın günlərdə İngiltərə nəhəngi ilə danışıqlara başlamaq niyyətindədir.

Qeyd edək ki, Kyezanın "Liverpul"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Son mövsümdə Arne Slotun komandasında bütün turnirlərdə 14 matça çıxan Federiko 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью