Fəhlələri daşıyan mikroavtobus aşdı: yaralılar var

25.09.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Soyuqbulaq-Köçvəlili yolunda qeydə alınıb. "Ford" markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca çırpılıb, daha sonra yolun kənarına aşıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, qəzaya düşənlər fəhlələr olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью