Fəid Qayıbov COP9un Büro İclasında iştirak edib

11.12.2024

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Gənclər və idman naziri Fərid Qayıbov İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Bürosunun vitse-prezidenti kimi büronun iclasında iştirak edib. SİA nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, konfrans Estoniyanın paytaxtı Tallində baş tutub.

Tədbirdə dopinqə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, effektiv strategiyaların tətbiqi və ölkələr arasında təcrübə mübadiləsinin təşviqi kimi mühüm məsələlər müzakirə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью