Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Venesuela Milli Məclisinin sədri Jorge Rodrigez bildirib ki, iyunun 24-də Venesuelanı vuran güclü zəlzələlər nəticəsində azı 774 bina zədələnib və ya tamamilə dağılıb.
"Cebheinfo.az" xəbər verir ki, ölkənin İnformasiya və Kommunikasiya Nazirliyinin yaydığı açıqlamaya görə, təbii fəlakət 2 500-dən çox bina və infrastruktur obyektinə zərər vurub.
Rodriges “Zədələnmiş və ya dağılan binaların sayı 774-ə yüksəlib”,- deyib. Onlardan 189-nun tamamilə çökdüyünü bildirib.
İyunun 24-də Venesuelada ardıcıl iki güclü zəlzələ baş verib. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin məlumatına görə, ilk zəlzələnin maqnitudası 7,2, ikinci zəlzələnin isə 7,5 olub. Güclü yeraltı təkanlardan sonra 500-dən çox afterşok qeydə alınıb.
Venesuela rəsmilərinin son məlumatına əsasən, ölənlərin sayı 1450-yə yüksəlib, 3 200-dən çox yaralı isə xəstəxanalara yerləşdirilib.
Zəlzələlər nəticəsində çoxsaylı yaşayış binaları dağılıb, infrastruktur və xəstəxanalar ciddi zərər görüb. Ölkənin əsas hava limanı da fəaliyyətini dayandırıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin