Fəlakət ssenarisi gerçəkləşdi Türkiyə DÇ dan kənarda qaldı

20.06.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

DÇ-2026-da Türkiyə millisi üçün qrupdan çıxmaq şansı ikinci turdan sonra bitib. 

Apasport.az xəbər verir ki, bu, D qrupunda 2-ci oyunların nəticələrindən sonra baş verib. 

Belə ki, ABŞ Avstraliyanı 2:0 məğlub edib, Türkiyə isə Paraqvaya 0:1 uduzub.  Nəticədə “ay-ulduzlular” ikinci oyunların sonunda turnirlə vidalaşıb.

Buna səbəb Dünya Kubokunda xal bərabərliyi zamanı ilk növbədə komandaların öz aralarındakı oyunların nəticəsinin əsas götürülməsidir.

Bu ssenaridə Türkiyə son turda ABŞ-a qalib gəlsə belə, qrupda Avstraliya və ya Paraqvayla mümkün xal bərabərliyində şəxsi oyun nəticələrinə görə geri qalacaq.

Qeyd edək ki, Türkiyə ilk turda Avstraliyaya 0:2 hesabı ilə məğlub olmuşdu. Komanda üçüncü oyununa formal olaraq çıxacaq. Rəqib 6 xalla qrup liderliyini təmin edən ABŞ millisi olacaq. 

Yamal ulduzlarla yarışmır – “Hamısı məndən 10 yaş böyükdür” Aykut Kocaman sükutu pozdu - "Bu şərtlərlə işləyə bilməzdim" Ardıcıl ikinci dəfə– Baloqun matçın ən yaxşısı seçildi Fariolidən "Alanyaspor"a jest - İlk şansını verən prezidenti unutmadı Ev sahibindən erkən bilet- ABŞ 1/16 finalda
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью