Feldmarşal Haftar Ankarada Türkiyə liderləri ilə görüşüb

25.11.2026

Icma.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.

Feldmarşal Haftar Ankarada Türkiyə liderləri ilə görüşüb

Liviya Milli Ordusunun (LMO) baş komandanı, feldmarşal Xəlifə Haftar ilk dəfə Ankaraya gəlib və orada Türkiyənin xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Güler və digər yüksək vəzifəli şəxslərlə görüşüb, Daily Sabah xəbər verir.

Haftar həmçinin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu və Türkiyə Milli Kəşfiyyat Xidmətinin rəisi İbrahim Kalınla da görüşüb. Feldmarşalı oğulları - LMO komandan müavini general Səddam Haftar, LMO qərargah rəisi Xalid Haftar və Liviya İnkişaf və Yenidənqurma Fondunun rəhbəri Belqasim Haftar müşayiət edir.

Son illərdə Türkiyə Liviya münaqişəsində hər iki tərəflə əlaqə kanalları saxlayan ölkələrdən birinə çevrilib.

Liviyada 2011-ci ildə lider Müəmmər Qəddafinin devrilməsindən bəri iki paralel icra orqanı fəaliyyət göstərir: Tripolidə Baş nazir Əbdül Həmid Dbeybanın rəhbərlik etdiyi BMT tərəfindən dəstəklənən Milli Razılıq Hökuməti və ölkənin şərqində LMO-nu dəstəkləyən müvəqqəti kabinet.

Əziz Mustafa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью