Fələstin bayrağı ÜST ün qərargahı önündə dalğalanacaq

27.05.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ÜST-ün ən yüksək qərarqəbuledici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının 78-ci iclasında ÜST-ün Cenevrədəki baş qərargahında üzv ölkələrin bayraqlarının yerləşdiyi sırada Fələstin bayrağının qaldırılmasına dair razılıq əldə olunub.

Axar.az xəbər verir ki, qətnamənin lehinə 95 ölkə səs verib.

İsrail, Macarıstan, Çexiya və Almaniya qərarın əleyhinə çıxıb, 27 ölkə səsvermədə bitərəf qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью