Fələstin dövlətini tanımağımız İsrailə qarşı… İrəvan

08.12.2024

Icma.az bildirir, Axar.az portalına istinadən.

Ermənistan hökumətinin Fələstin dövlətini tanımaq qərarı İsrailə qarşı yönəlməyib.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan “Manama dialoqu” çərçivəsində keçirilən panel müzakirəsi zamanı bildirib.

“Bu qərar həm fələstinlilər, həm də israillilər üçün verilib, çünki biz görürük ki, bu iki xalqın sülh və sabitlik şəraitində yaşamasının mümkün yolu “iki dövlət” prinsipinə əsaslanan həll yoludur”, - o bildirib.

Qeyd edək ki, Ermənistan 21 iyun 2024-cü ildə Fələstin dövlətini tanıdığını elan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью