Fələstin nümayəndəsi BMT iclasında ağladı

04.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mənsur təşkilatın Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətlə bağlı fövqəladə iclasında İsrailin hücumu nəticəsində həlak olan fələstinli həkimdən danışarkən göz yaşlarını saxlaya bilməyib.

Axar.az xəbər verir ki, siyasətçi İsrailin Əl Auda xəstəxanasına hücumu nəticəsində həlak olan həkim Mahmud Əbu Nuceylə bağlı xatirəsini bölüşüb:

“Həkim bir neçə ay əvvəl cərrahiyyə planlaması üçün istifadə edilən lövhəyə məlumat yazıb. Mən ondan sitat gətirəcəyəm: “Sona kimi qalan bizim hekayəmizi danışacaq. Əlimizdən gələni etdik. Bizi xatırlayın, bizi xatırlayın”.

Bu sözlərdən sonra Mənsur göz yaşlarını saxlaya bilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью