Fələstin öz bayrağını ÜST də dalğalandırmaq hüququnu əldə edib

27.05.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Praqa, 27 may, AZƏRTAC

Fələstinin Ümumdünya Səhiyyə Təşkilatındakı (ÜST) nümayəndə heyəti BMT-nin bu strukturunda öz bayrağını dalğalandırmaq hüququnu əldə edib.

AZƏRTAC xəbər verir ki, Fələstin nümayəndə heyəti bunu beynəlxalq aləmdə daha çox tanınması yolunda kiçik qələbə kimi qiymətləndirib.

Təklif Çin, Pakistan, Səudiyyə Ərəbistanı və digər ölkələr tərəfindən irəli sürülüb. ÜST-ün Cenevrədə keçirilən illik toplantısında bu təşəbbüs 95 ölkə tərəfindən dəstəklənib. Çexiya, İsrail, Macarıstan və Almaniya əleyhinə səs verib, 27 ölkə səsvermədə bitərəf qalıb. İsrailin ən yaxın müttəfiqi olan ABŞ səsvermədə iştirak etməyib. Eyni zamanda onlar ÜST-ü tərk etməyə hazırlaşırlar.

Fələstin Muxtariyyəti BMT-də müşahidəçi statusuna malikdir. Onun nümayəndəsi ilk dəfə olaraq ötən ilin sentyabrında BMT Baş Assambleyasının iclasında səsvermə hüququ olmadan iştirak edib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью