Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fələstin bir sıra digər ölkələrlə birlikdə İsrailin Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatını dayandırmaq üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini xahiş edir.
Gununsesi.info xəbər verir ki, bunu Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur jurnalistlərə açıqlamasında deyib.
Mənsurun sözlərinə görə, bir neçə ölkə görüşün avqustun 9-da keçirilməsində israrlıdır:
“Biz mümkün qədər tez, dərhal görüşməyə üstünlük veririk”.