Fələstin tərəfdarı olan tələbə ABŞ ni tərk edir

01.04.2025

Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-də Fələstinə dəstək nümayişlərinə qatılan Kornell Universitetinin tələbəsi Momodou Taal həbs olunmaq qorxusu və təhlükəsizliyinə təhdidlər səbəbilə öz istəyi ilə ölkəni tərk edəcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

O, "X" sosial media hesabındakı paylaşımında yazıb: "Bu gün ABŞ-ni azad və başımı dik tərk etmək qərarına gəldim. Küçədə qaçırılmadan gedə biləcəyimə inamımı itirdim.  ABŞ-də baş verənləri nəzərə alaraq, mənə qarşı müsbət məhkəmə qərarının mənim təhlükəsizliyimi və inanclarımı ifadə etmək qabiliyyətimi təmin edəcəyinə inanmıram".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью