Fələstin və İsrail Liderləri Şarm əl Şeyx Sülh sammitində görüşəcək

13.10.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Fələstin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Binyamin Netanyahu Şarm əl-Şeyx Sülh Sammitində iştirak edəcəklər.

Bakıvaxtı.az xəbər verir ki,  Sammitin məqsədi Qəzzada hücumların dayandırılması ilə bağlı razılaşmanı gücləndirmək və tərəflərin buna əməl öhdəliyini vurğulamaqdır.

Qeyd edək ki, tədbirdə Misir prezidenti Sisi, ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Sammit regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün mühüm diplomatik addım kimi qiymətləndirilir.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью