Fələstin XİN: Oxşar addımı ABŞ dan da gözləyirk

22.09.2025

Icma.az, Mia.az saytına istinadən bildirir.

Fələstin Xarici İşlər Nazirliyi Böyük Britaniya, Avstraliya və Kanada tərəfindən Fələstin Dövlətinin rəsmi tanınması barədə bəyanat yayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bəyanatda adıçəkilən ölkələrin qərarları alqışlanıb və eyni addımı ABŞ-dan da gözlədikləri vurğulanıb: "Böyük Britaniya, Kanada və Avstraliyaya qərarlarına görə təşəkkür edirik. Bu, Fələstin Dövlətinin tanınması beynəlxalq hüquq və legitimliyə doğru çox mühim addımlardır. İnanırıq ki, ABŞ və ölkəmizi tanımayan digər ölkələr də tezliklə oxşar addımı atacaq".

Tahir Şəlvəli
MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью